Nigeriyada nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Kaduna ştatında qeydə alınıb.
Məlumata görə, kuzasında 37 nəfərin olduğu yük maşını, yüksək sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsini itirməsi səbəbindən əks istiqamətə çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 12 nəfər ölüb, daha 25-i isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Yerli icra orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev