Gürcüstanda qaçırılan 16 yaşlı azərbaycanlı qız tapılıb

11:34 - 24 Dekabr 2020 - HADİSƏ

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində qaçırılan 16 yaşlı qız tapılıb.

Polis yeniyetməni üç gün ərzində axtarıb.

Müəyyən olunub ki, qız evə qayıdarkən bir neçə şəxs tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hazırda polis bölməsində 21 yaşlı gənc və yeniyetmə qız dindirilir.

Faktla bağlı istintaq qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsi üzrə aparılır.

Xəbər xətti