Səkkiz yaşlı oğlan 8-ci mərtəbədən düşərək sağ qalıb

09:53 - 24 Dekabr 2020 - HADİSƏ

Rusiyanın Velikom Novqorod şəhərində hündür mərtəbəli binadan yıxılan oğlan sağ qalıb. Ucnoqta.az xəbər verir ki, faciə Sokolınik rayonu ərazisində qeydə alınıb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, səkkiz yaşlı oğlan evdə tək olub. O, hələlik məlum olmayan səbəblərdən 8-ci mərtəbədən yıxılıb və sağ qalıb.

Bildirilir ki, yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hazırda İstintaq idarəsi tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti