Reys avtobusu 100 metr hündürlükdən uçuruma yuvarlandı: 12 ölü, 20 yaralı - VİDEO

13:05 - 23 Dekabr 2020 - HADİSƏ

Boliviyanın cənub-qərbində reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə Okuri yaşayış məntəqəsində qeydə alınıb. Bu barədə “Sinıhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, texniki nasazlıq və qatı duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 20-dən çoxu isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Yerli polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti