Lənkəranda evdən 4 470 manatlıq oğurluq edildi

12:01 - 23 Dekabr 2020 - HADİSƏ

Lənkəranda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, narkotik vasitə ilə tutulan M.Qasımlının ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən 4 470 manat dəyərində televizor, noutbuk, 2 ədəd planşet, mobil telefon və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Xəbər xətti