Salyanda yanğın olub

09:26 - 23 Dekabr 2020 - HADİSƏ

Salyan rayonunun Həsənli kəndində ümumi sahəsi 36 kvadrat metr olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti