Abşeronda taksi qəzaya düşdü, qadın sərnişin xəsarət aldı

09:05 - 21 Dekabr 2020 - HADİSƏ

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.

Taksi ilə digər avtomobilin toqquşması nəticəsində sərnişin, 1976-cı il təvəllüdlü Ağayevə Tahirə Əli qızı müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti