Biləsuvarda ev yanıb

20:36 - 19 Dekabr 2020 - HADİSƏ

Biləsuvar rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bəydili kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti