Ordubadda iki avtomobil toqquşub- ata və oğul ölüb

13:23 - 19 Dekabr 2020 - HADİSƏ

Ordubadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 18-də saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub.

Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ordubad RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər xətti