Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Heydərov Eldar Arif oglu yolu keçərkən onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.