Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə mübarizə tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxan rayon sakini Əbdüləli Nərimanov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratdığı müəyyən olunub.
Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.
Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Namiq Musayev