ABŞ S-400-lərə görə Türkiyəyə sanksiya tətbiq edib

00:08 - 15 Dekabr 2020 - DÜNYA

ABŞ Dövlət Departamenti Rusiya istehsalı S-400 komplekslərinin alınmasına görə Türkiyəyə sanksiya tətbiq edildiyini açıqlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Türkiyəli məmurlara qarşı S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiyalar əslində Türkiyəyə deyil, Rusiyaya qarşı yönəlib”, - deyə Dövlət Departamentindən bildirilib. Qeyd edək ki, ABŞ Türkiyənin Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmail Demir, həmçinin daha üç türkiyəli məmura S-400 zenit raket komplekslərinin alınmasına görə sanksiya tətbiq edib.///oxu.az

Xəbər xətti