Bakıda "Porsche" qəza törədib- xəsarət alan var - Foto

22:45 - 12 Dekabr 2020 - HADİSƏ

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

Hadisə Koroğlu Rəhimov küçəsində baş verib. "Porsche" markalı avtomobil yüksək sürətlə əvvəlcə "Opel"ə, daha sonra hərəkətsiz dayanan "Hyundai" və "Toyota" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində "Opel"də olan sürücü bədən xəsarətləri alıb.

"Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsünün APA-ya verdiyi məlumata görə, "Porsche" markalı avtomobil yüksək sürətlə hərəkətdə olub.
"Porsche"nin sürücüsü və sərnişini isə APA-nın hadisə yerində olan əməkdaşının suallarına cavab verməkdən imtina edib.///Apa


Xəbər xətti