Tovuzda dəhşətli hadisə: Piyadanı vuran sürücünün ürəyi partladı

09:14 - 12 Dekabr 2020 - HADİSƏ

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində baş verib. Hadisə zamanı “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyada, Qovlar şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılov Ramis Ənvər oğlunu vurub. Avtomobilin sürücüsü, Şəmkir rayon sakini 1988-ci il təvəllüdlü İmanov Röyal Elcan oğlu dərhal yaralını xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, R.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Bu xəbərə ürəyi dözməyən R.İmanov da xəstəxanada vəfat edib.

Xəbər xətti