Bakıda avtomobil gənc qadını vurub

22:58 - 11 Dekabr 2020 - HADİSƏ

Bakıda 28 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Mustafayeva Solmaz Səhravi qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb, ona qapalı kəllə-beyın travması, sağ bud sümüyünün sınığı və döş qəfəsinin əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti