Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xaçmaz-Xudat yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 90-BR-872 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil körpüdən aşıb.
Şahidlərinin sözlərinə görə, hadisəyə səbəb yüksək sürət həddi olub. Sürücü avtomobili qəza yerində qoyaraq qaçıb.
Faktla bağlı araşdırma aparılır.