Xaçmazda ər və arvad dəm qazından boğulub öldü

10:09 - 11 Dekabr 2020 - HADİSƏ

Xaçmaz rayonunda dəm qazı iki nəfərin ölümünə səbəb olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Qobuqıraq kəndində qeydə alınıb.

Kənd sakinləri, 1956-cı il təvəllüdlü Vəlibəyov Balaverdi Qərib oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəlibəyova Nəsibə Xanlar qızının yaşadıqları evdə meyitləri tapılıb./

Onların dəm qazından zəhərlənərək öldüyü bildirilib.

Xəbər xətti