Zaqatalada birmərtəbəli ev külə döndü

09:47 - 11 Dekabr 2020 - HADİSƏ

Zaqatala rayonunun Car kəndində ümumi sahəsi 30 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti