Liviya hərbçiləri azərbaycanlının olduğu gəmini sərbəst buraxdılar

08:17 - 11 Dekabr 2020 - DÜNYA

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın tərəfdarları Misrat limanına doğru üzərkən saxlanılmış türk yük gəmisini sərbəst buraxıblar. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir. Qeyd edək ki, tibbi yardım yükünün olduğu gəmi dekabrın 5-də Liviya sahillərində saxlanılmışdı. Gəminin heyət üzvü 17 nəfərdən ibarətdir. Xarici KİV-in məlumatına görə, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır.

Xəbər xətti