Bakıda yaşayış binasında yanğın olub

09:24 - 9 Dekabr 2020 - HADİSƏ

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti