Fransada baş verən vertolyot qəzasında 5 nəfər ölüb

08:25 - 9 Dekabr 2020 - HADİSƏ

Fransanın şərqində vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, insident Savoya departmentində baş verib. Bu barədə BFM telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, göyərtəsində Fransanın hava naviqasiya xidmətinin 4 əməkdaşı və 2 xilasedicinin olduğu vertolyot Albervillya yaxınlığında 1800 metr hündürlükdə qəzaya uğrayıb.

Bildirilir ki, hadisə zamanı piolt ağır xəsarətlər alıb.

Hazırda qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Namiq Musayev

 

Xəbər xətti