Lənkəran sakinindən narkotik vasitə aşkarlandı

17:04 - 8 Dekabr 2020 - HADİSƏ

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Girdəni kənd sakini A.Əsgərov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onun yaşadığı evin həyətindən 1 ədəd kisədə çəkisi 983 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Xəbər xətti