Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Bankə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Piriyev Rövşən Əlisahib oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.