Hindistanda NAMƏLUM XƏSTƏLİK yayıldı: 300-dən çox insan xəstəxanaya yerləşdirildi

14:03 - 7 Dekabr 2020 - DÜNYA

Hindistanın Andhra Pradeş əyalətinin Eluru şəhərində bir sakin naməlum xəstəlikdən ölüb, 315 nəfər isə oxşar simptomlarla xəstəxanaya yerləşdirildi.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, xəstələrdə baş ağrısı, başgicəllənmə, huşunu itirmə və epilepsiya əlamətləri büruzə verir.

Xəstələrin əksəriyyətinin vəziyyətinin stabil olduğu qeyd olunur. Eyni zamanda, həkimlər gələn xəstələrdə koronavirus testlərinin mənfi olduğunu da əlavə etdilər.

Hindistan Tibbi Elmlər İnstitutunun araşdırma komandası yerli səhiyyə işçiləri ilə birlikdə araşdırmalara başlayıb.
Xəstələrin su, qida və qan nümunələri artıq müayinəyə göndərilib.

 

Xəbər xətti