Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunması ciddi nəzarət edilir. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.
Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.
Namiq Musayev