Qaydaları pozan koronavirus xəstəsi saxlanılıb - Oğuzda

11:23 - 7 Dekabr 2020 - HADİSƏ

Oğuzda COVİD-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.

Həmin şəxsin barəsində Oğuz RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

 

Namiq Musayev

Xəbər xətti