Rusiyada koronavirusa 29 mindən çox şəxs yoluxdu

14:16 - 6 Dekabr 2020 - DÜNYA

Rusiyada sutka ərzində koronavirusa yoluxma hallarının sayı 29 039 nəfər artıb, bu da pandemiya başlayandan bəri yeni maksimum göstərici olub.


Bu barədə yeni infeksiya ilə mübarizə üzrə federal operatıv qərargahı bildirib. Bundan əvvəl ən yüksək göstərici dekabrın 5-də qeydə alınıb - 28 782 yoluxma halı.

Məlumata əsasən, ümumilikdə Rusiyada 2 460 770 nəfər koronavirusa yoluxub. Hazırda ölkədə 1 937 738 müalicə alır, 1 937 738 nəfəri isə sağalıb. Koronavirusa yoluxan 43 141 xəstə vəfat edib.

Xəbər xətti