Dünyada koronavirusa yoluxanların sayı 66,5 milyon nəfəri ötüb

11:54 - 6 Dekabr 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 66,5 milyon nəfəri ötüb.

Bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 66 540 197 nəfərə çatıb. Onlardan 1 572 841 nəfəri ölüb, 42,7 milyondan çoxu isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (14 581 336), Hindistanda (9 644 386) və Braziliyada (6 577 177) qeydə alınıb.

 

Xəbər xətti