Türkiyədə zəlzələ olub

17:35 - 5 Dekabr 2020 - DÜNYA

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonu sahillərində 5,4 bal gücündə zəlzələ olub.


Ucnoqta.az” “CNNTurk”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Kandilli Rəsətxanası yayıb.

Yeraltı təkanların episentri 77,58 km dərinlikdə olub.

Qazipaşa bələdiyyəsinin sədri Mehmet Əli Yılmaz itki və dağıntının olmadığını bildirib.

Zəlzələ Mersin və Konya bölgələrində də hiss edilib.

Xəbər xətti