Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı

12:12 - 5 Dekabr 2020 - DÜNYA

Rusiyada koronavirusa yoluxanların sayı 2,43 milyon nəfəri keçib.


Ölkədə son sutka ərzində 28 782 nəfər virusa yoluxub, 508 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 431 731 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 42 684 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 916 396 nəfər virusdan sağalıb, 472 651 nəfərin müalicəsi isə davam edir.

Xəbər xətti