Siyəzəndə yük maşını aşdı, ölən var

21:37 - 3 Dekabr 2020 - HADİSƏ

Siyəzən rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Bu barədə Ucnoqta.az  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti