Türkiyədə son sutkada 193 nəfər koronavirusdan öldü

23:32 - 2 Dekabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 129 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 690 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 513 656 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 821 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 414 141 nəfər təşkil edir.

Xəbər xətti