Salyanda 9 yaşlı qızı maşın vurub

20:40 - 30 Noyabr 2020 - HADİSƏ

Salyanda 9 yaşlı qızı avtomobil vurub.

APA-nın məlumatına görə, hadisə Salyan rayonunun Marışlı kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil kənd sakini, 2011-ci il təvəllüdlü Məmmədli Zəminə Əvəz qızını vurub. Azyaşlı Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti