Perunun şimal-qərbində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə La-Libertad departamentində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, noyabrın 29-da səhər saatlarında içərisində 18 nəfərin olduğu mikroavtobus, qəfildən sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsmələrə çırpılaraq təxminən 100 metr hündürlükdən uçuruma yuvarlanıb.
Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya yerləşdiriliblər.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev