İranın atom fizikası üzrə alimini öldürməkdə şübhəli bilinən şəxslərin FOTOLARI

11:06 - 30 Noyabr 2020 - DÜNYA

İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb. Bunu iranlı jurnalist Məhəmməd Əhvaz tvitter səhifəsində yazıb. Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, oteldə gördükləri halda həmin şəxsləri mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.

Qeyd edək ki, noyabrın 27-də İranın nüvə fiziklərindən olan M.Fəxrizadə qətlə yetirilib. Rəsmi Tehran qətlin sifarişçisinin İsrail hökuməti olduğunu bildirib. (“Report”)

 

Xəbər xətti