Göyçayda iki "Jiquli" toqquşub, xəsarət alanlar var - Foto

22:27 - 20 Noyabr 2020 - HADİSƏ

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 21:00 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində Çərəkə kənd sakini Əhmədov Aydın Əlisahib oğlu və adları hələ ki məlum olmayan başqa iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.///Apa


Xəbər xətti