İsmayıllı sakini intihar edib

10:22 - 20 Noyabr 2020 - HADİSƏ

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

APA-nın  xəbərinə görə, hadisə rayonun Göytəpə kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Seyidov Xəyyam Sadıq oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzləri hadisədən gec xəbər tutub, onun meyitini tapıblar.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti