Oğuzda avtomobil aşıb, xəsarət alanlar var

09:15 - 20 Noyabr 2020 - HADİSƏ

Oğuzda yol qəzası baş verib.

"Report"un məlumatına görə, rayonun Dəymədağlı kənd sakini, 1996-cı il təvəllüdlü İsmayılov Nicat Novruz oğlunun idarə etdiyi "VAZ-2109" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişin, rayonun Tərkeş kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Muxtar Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti