Türkiyədə son sutkada koronavirusdan 123 nəfər ölüb

22:43 - 19 Noyabr 2020 - DÜNYA

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 123 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, son 24 saatda 157 756 şübhəli koronavirus testindən keçib, onlardan 4542-nin cavabı pozitiv çıxıb, 2918 xəstə isə sağalaraq evə buraxılıb. Sağalan xəstələr ümumilikdə 364 573 nəfərdir. Ağır xəstə sayı isə 3850 nəfər olub.

Türkiyədə bu günədək 430 170 nəfər koronavirusa yoluxub, onlardan 11 943 nəfəri vəfat edib.

Xəbər xətti