Azərbaycanda Təhsil şöbəsinin müdiri iş otağında dünyasını dəyişdi

17:50 - 19 Noyabr 2020 - HADİSƏ

Göyçay rayon Təhsil şöbəsinin müdiri dünyasını dəyişib.

Şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib. Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E.İsmayılov dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, E.İsmayılov ürək tutmasından dünyasını dəyişib.///trend

Xəbər xətti