Gəncədə qəza törədən qadın sürücü saxlanılıb

13:19 - 19 Noyabr 2020 - HADİSƏ

Gəncədə yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də G.Cəfərovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini A.Şəmilova saxlanılıb.

Xəbər xətti