Karantin qaydalarını pozaraq çayxanaya gedənlər cərimələndi - Foto

10:52 - 19 Noyabr 2020 - HADİSƏ

Şəkidə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-dən verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Bideyiz kəndi ərazisində yerləşən çayxananın qanunsuz olaraq gizli fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20-yə yaxın müştərinin və icarədarın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

 


Xəbər xətti