Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

00:05 - 19 Noyabr 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 116 nəfər dünyasını dəyişib. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 820 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 3 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 425 628 nəfərə çatıb. Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 361 655 nəfər təşkil edir.

Xəbər xətti