Nensi Pelosi yenidən Nümayəndələr Palatasında demokratların lideri seçildi

23:34 - 18 Noyabr 2020 - DÜNYA

Bu gün ABŞ Nümayəndələr Palatasında çoxluqda olan demokratların lideri seçilib.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, 18 noyabrda keçirilən virtual səsvermədə Nensi Pelosi demokrat konqresmenlərin səslərinin əksəriyyətini qazana bilib.

Bundan sonra Palata yenidən spikerini seçməli olacaq. Pelosinin dördüncü dəfə bu vəzifəyə təyin ediləcəyi gözlənilir.

Xəbər xətti