Restoranda baş verən partlayışda 34 nəfər xəsarət alıb

14:21 - 18 Noyabr 2020 - HADİSƏ

Çinin Hunanı əyalətində restoranda baş verən partlayış nəticəsində 34 nəfər xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident yerli saatla 12:00-da Milo şəhərində qeydə alınıb. Bu barədə “Global Times” nəşri məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xilasedicilər partlayışdan sonra hadisə yerindən qaz balonunun qalıqlarını aşkar ediblər.

Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Xəbər xətti