Göyçayda ağır qəza, 3 nəfər öldü

13:35 - 18 Noyabr 2020 - HADİSƏ

Göyçay rayonunun 1-ci Ərəb kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 


Qəza noyabrın 18-də saat 2 radələrində qeydə alınıb. 

Rayon sakini Çingiz Rzayev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. 

Nəticədə sürücü və sərnişinləri İsmayıl Mustafayev hadisə yerində, İqrar Zeynalov isə xəstəxanada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti