Goranboyda yolu keçən kişini maşın vurub öldürdü

15:30 - 17 Noyabr 2020 - HADİSƏ

Goranboyda bir nəfərin ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 16-da, saat 23:00 radələrində rayonun Nizami kəndi ərazisində müəyyən edilməyən avtomobil yolu keçən 50-55 yaşlı kişi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.
Hazırda Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər xətti