Yerevanda itkin düşən əsgərlərin yaxınları etiraz edirlər

15:43 - 16 Noyabr 2020 - DÜNYA

Ermənistanın paytaxtı Yerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş əsgərlərin yaxınları etiraz aksiyası keçirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Müdafiə Nazirliyinin qarşısına onlarla valideyn və əsgər qohumları toplaşıb.

“Uşaqlarımız hardadır?", "Uşaqlarımızı qaytarın!” kimi şüarlar səsləndirən sakinlər nazirlik rəsmilərindən cavab tələb edirlər.

Binanın ətrafı polislər tərəfindən əhatəyə alınıb.

Xəbər xətti