Bakıda avtomobilin vurduğu piyada ölüb

14:51 - 16 Noyabr 2020 - HADİSƏ

Bakıda yolu keçən piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini  Altun Zeynallını vurub. Qəza nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti