Ermənistanın Hərbi sənaye komitəsinin sədri işdən çıxarılıb

14:11 - 16 Noyabr 2020 - DÜNYA

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi sənaye komitəsinin sədri Artak Davtyan vəzifəsindən azad edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, A. Davtyan 17 iyul tarixində Hərbi sənaye komitəsinin sədri vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi olub.

Xəbər xətti